Rusiyada yol polisi Dövlət Avtomobil Müfəttişliyi "QAİ" adını qaytarıb.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəhbəri Mixail Çernikov Rusiya Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın rəyasət heyətinin iclası zamanı bildirib.
“Biz indi Dövlət Avtomobil Müfəttişliyinə çevrilmişik, yol polisini çıxarırıq, bunu qanunvericiliklə tənzimləmişik. Bütün normativ sənədlər yeni ad nəzərə alınmaqla həyata keçirilir", deyə Çernikov vurğulayıb.
"QAİ" kimi tanınan Dövlət Avtomobil Müfəttişliyi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə 1936-cı ildə yaradılıb və 1998-ci ilə qədər yol hərəkəti təhlükəsizliyinə nəzarət edib. Bundan sonra onun adı dəyişdirilərək Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi (QİBDD) adlandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:53 / 28.05.2024
Rusiyada yol polisinə yenidən \"QAİ\" adı qaytarıldı
Hazırda oxunan: Rusiyada yol polisinə yenidən \"QAİ\" adı qaytarıldı
Hazırda oxunan: Rusiyada yol polisinə yenidən \"QAİ\" adı qaytarıldı
194526
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.