İstanbulda terror aktının qarşısı alındı - 2 PKK terrorçusu ələ keçirildi

İstanbulda terror aktının qarşısı alındı - 2 PKK terrorçusu ələ keçirildi

Hazırda oxunan: İstanbulda terror aktının qarşısı alındı - 2 PKK terrorçusu ələ keçirildi

19452

İstanbulun mərkəzi Esənlər avtovağzalında planlaşdırılan terror aktının qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, avtovağzalda bir avtomobilin altına yerləşdirilən beş kilo partlayıcı maddə aşkarlanıb.

Bununla bağlı iki PKK terrorçusu ələ keçirilib. Faktla bağlı araşdırma başladılıb.

Qeyd edək ki, qardaş ölkədə COVID-19 pandemiyası ilə əlaqədar aprelin 29-dan mayın 17-dək tətbiq olunacaq tam qapanma ilə bağlı ölkədaxili nəqliyyat vasitələri, o cümlədən avtovağzallarda böyük sıxlıq yaşanır. Terrorçuların bunu fürsətə çevirərək terror aktı planlaşdırdıqları bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO