Mirvari Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldarın kitabları festivalın TƏQDİMATINDA - FOTO

Mirvari Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldarın kitabları festivalın TƏQDİMATINDA - FOTO

Hazırda oxunan: Mirvari Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldarın kitabları festivalın TƏQDİMATINDA - FOTO

194444

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şairə Güllü Eldar Tomarlının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, imza günündə Mirvari Dilbazi Poeziya Məclisinin ərsəyə gətirdiyi kitablar oxuculara təqdim olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Şairə Dilguşə Gülümcanın kitabları festivalın TƏQDİMATINDA - FOTO


Şairənin “Anam - kəlağıyıydı, kəlağıyı-anam”, “Öz içindən yanan bir ocağam mən”, “Anam kəlağıyılı bir muğamıydı”, “Bənövşələr üstə göz yaşları”, “Vətən oğulsuz olmasın” kitabları maraqla qarşılanıb.

Qeyd edək ki, “Anam-kəlağıyıydı, kəlağayı-anam” kitabı Azərbaycan kəlağıyısının Vitse-Prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində UNESCO-ya daxil olmağının 10 illiyi münasibətilə ərsəyə gəlib.

Xatırladaq ki, Güllü Eldar Tomarlı Azərbaycan Yazıçılar Birliyinin, Aşıqlar Birliyinin, Jurnalistlər Birliyinin üzvü, Mirvari Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru, Dədə Ələsgər Ocağı İctimai Birliyinin Humanitar məsələlər üzrə sədr müşaviridir.

Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Bu gün festivalın beşinci günüdür. Festival ayın 31-dək davam edəcək.








Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO