3 ayda 576 nəfər ad, soyad və ata adını DƏYİŞDİRİB – Onlar hansı adı GÖTÜRÜBLƏR?

3 ayda 576 nəfər ad, soyad və ata adını DƏYİŞDİRİB – Onlar hansı adı GÖTÜRÜBLƏR?

Hazırda oxunan: 3 ayda 576 nəfər ad, soyad və ata adını DƏYİŞDİRİB – Onlar hansı adı GÖTÜRÜBLƏR?

194353

Azərbaycanda 2024-cü ilin yanvar, fevral və mart aylarında 576 nəfər ad, ata adı və ya soyadını dəyişdirib.

Qeyd edilib ki, həmin vətəndaşların adının, ata adının və ya soyadının dəyişdirilməsi dövlət qeydiyyatına alınıb.

Maraqlıdır, adlarını dəyişdirənlər ən çox hansı adı özlərinə götürüblər?

Ədliyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, şəxslərin əvvəlki, hazırkı adı və soyadı fərdi məlumatlar kateqoriyasına aid olduğundan onların açıqlanması qanunvericiliyə ziddir:

““İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı – sənədləşdirildiyi gündən əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar kateqoriyasına aiddir”, - deyə qurumdan bildirilib.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO