Bakıda kuryoz hadisə baş verib. Belə ki, başqasının evindən oğurluq edən şəxsin özü də cinayətin qurbanı olub.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, mayın 22-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində evlərin birindən 2500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuş Nazir Qasımov idarə etdiyi "Mercedes" markalı avtomobillə birgə saxlanılıb.
N.Qasımov polis şöbəsində ərizəsində mayın 24-də onun avtomobilindən 840 manat pulunun oğurlanmasını bildirib.
Görülmüş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qadın da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:23 / 27.05.2024
Başqasının evindən oğurluq edən şəxsin özü də cinayətin qurbanı oldu
Hazırda oxunan: Başqasının evindən oğurluq edən şəxsin özü də cinayətin qurbanı oldu
Hazırda oxunan: Başqasının evindən oğurluq edən şəxsin özü də cinayətin qurbanı oldu
194285
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.