Dohadan Dublinə uçan sərnişin təyyarəsinin turbulentliyə (hava boşluğu) düşməsi nəticəsində 12 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bunu Dublin Aeroportunun mətbuat xidməti açıqlayıb.
“Qatar Airways” avia şirkətinin Dohadan qalxan QR017 reysi planlaşdırıldığı kimi, bazar günü saat 13:00-a yaxın Dublin hava limanına təhlükəsiz eniş edib. Eniş zamanı təyyarə hava limanının polisi, yanğınsöndürmə və xilasetmə xidməti də daxil olmaqla fövqəladə xidmətlər tərəfindən qarşılanıb. Çünki layner Türkiyə səmasında uçarkən turbulentlə qarşılaşmışdı. Nəticədə 6 sərnişin və 6 ekipaj üzvü (cəmi 12) xəsarət almışdı. Dublin Hava Limanının komandası sərnişinlərə və aviaşirkət işçilərinə yerdə tam yardım göstərdi”, – açıqlamada qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:36 / 26.05.2024
Türkiyə səmasında sərnişin təyyarəsi hava boşluğuna düşdü - 12 yaralı var
Hazırda oxunan: Türkiyə səmasında sərnişin təyyarəsi hava boşluğuna düşdü - 12 yaralı var
Hazırda oxunan: Türkiyə səmasında sərnişin təyyarəsi hava boşluğuna düşdü - 12 yaralı var
194197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.