Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb

Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb

Hazırda oxunan: Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb

194114

Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə şimşək çaxıb, hava arabir yağıntılı olub, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.

Xidmətdən Bizim.Media-ya verilən məlumata görə, şimal-şərq küləyi arabir Gəncədə 28-30 metr/saniyə, Göygöldə 24-28 metr/saniyə, Tovuzda 24 metr/saniyə, Goranboyda 23 metr/saniyə s, Culfada 22 metr/saniyə, Neftçala, Ağstafa, Şəki, Şəmkir, Naftalan, Daşkəsəndə 20 metr/saniyəyədək güclənib.

Düşən yağıntının miqdarı Lerikdə 7 millimetr, Tovuz, Qusarda 4, Bərdə, Ağstafa, Ceyrançöl, İsmayıllı, Yardımlı, Şəki, Ağdam, Şahbuz, Qrız, Şabran, Ağsu, Göyçay, Şahdağ, Tərtər, Yevlax, Zərdab, İmişli, Sabirabad, Yardımlı, Biləsuvar, Astara, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, Qobustan, Ordubad, Culfa, Gədəbəy, Şəmkir, Gəncədə 3, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

Sumqayıt, Daşkəsən, Qax, Balakən, Gədəbəy, Qusar, Göyçay, Lerik, Qrız, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 20-23, Naxçıvan Muxtar Respublikasında 21-26, Aran rayonlarında 20-25, dağlıq rayonlarda 13-18 dərəcə isti olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO