Paytaxtda ümumşəhər İMƏCİLİYİ - 549 küçə yuyuldu - FOTO

Paytaxtda ümumşəhər İMƏCİLİYİ - 549 küçə yuyuldu - FOTO

Hazırda oxunan: Paytaxtda ümumşəhər İMƏCİLİYİ - 549 küçə yuyuldu - FOTO

194058

Mayın 25-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə təmizlik və abadlıqla bağlı növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, səhər saatlarından etibarən qurumun kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 549 əsas küçə, prospekt və məhəllədaxili yollarının yuyucu maddələrlə yuyulması təmin edilib, eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib, xeyli sayda rəngbərəng güllər əkilib.

Qeyd edək ki, paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO