Lənkəranda yük maşını sürücünün üzərinə aşdı

Lənkəranda yük maşını sürücünün üzərinə aşdı

Hazırda oxunan: Lənkəranda yük maşını sürücünün üzərinə aşdı

194028

Lənkəranda baş verən qəza nəticəsində sürücü xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Qurumba kənd sakini 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov evində "Kamaz"ın təkərini dəyişən zaman qaldırıcı boşalıb və yük maşını sürücünün üzərinə aşıb. 

O, ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlər S. Həsənova bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyublar. 

Yaralı hazırda reanimasiya şöbəsindədir.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO