Bakıda avtomobil oğruları saxlanıldı – FOTO/VİDEO

Bakıda avtomobil oğruları saxlanıldı – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda avtomobil oğruları saxlanıldı – FOTO/VİDEO

193989

Bakının Xəzər rayonu Binə qəsəbəsində paytaxt sakini olan bir nəfərə məxsus “Chevrolet” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, polisin keçirdiyi tədbirlərlə avtomobilin paytaxt ərazisində idarə olunduğu və hərəkət trayektoriyası müəyyən edilib.

Təqib olunan avtomobil polislərdən yayınmağa çalışsa da, hadisəni törədən Bakı şəhər sakini əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 2001-ci il təvəlüldlü Namiq İsmayilov və həmin vaxt yanında olan daha bir qadın saxlanılıb. N.İsmayılovdan narkotik vasitə olan heroin də aşkarlanıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində araşdırmalar aparılır.

 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO