Bizim.Media-nın informasiya dəstəyilə III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının AÇILIŞI olub – FOTO

Bizim.Media-nın informasiya dəstəyilə III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının AÇILIŞI olub – FOTO

Hazırda oxunan: Bizim.Media-nın informasiya dəstəyilə III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının AÇILIŞI olub – FOTO

193798

Bu gündən Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına start verilib. Bu məqsədlə festivalın açılış mərasimi baş tutub.  

Əvvəlcə himn səsləndirilib, daha sonra şəhidlərimizin xatirəsi anılıb. 

Festivalı giriş sözü ilə açan Xalq yazıçısı və Yazıçılar Birliyinin rəhbəri Anar Rzayev kitabın həyatımızdakı əhəmiyyətindən danışıb. O, bildirib ki, festivalın təşkilində məqsəd gənc nəsli və uşaqları ölkəmizdə son illərdə nəşr olunan müvafiq ədəbiyyatla tanış etmək, onların mütaliəyə marağını artırmaqdır.
 

MÖVZU İLƏ BAĞLI:

Sabah Bizim.Media-nın informasiya dəstəyilə III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı BAŞLAYIR


AMEA-nın prezidenti İsa Həbibbəyli isə bugünkü festivalın ərazilərimizin tam bütövlüyü şəraitində keçirildiyini tarixi hadisə adlandırıb.

O, festivalın əhəmiyyətini xüsusi vurğulayaraq, bunun ədəbiyyatımıza böyük töhfə verəcəyini qeyd edib. 


Akademik Nizami Cəfərov isə çıxışında Prezidentin “Bizim türklərdən başqa ailəmiz yoxdur” fikirlərini xatırladıb. O, deyib ki, Türk ədəbiyyatında böyük şəxsiyyətlər və adlı sanlı yazarlarımız yetişib. 

Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır. 

AMEA-nın parkında (Hüseyn Cavid prospekti) səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq.
Məlumat üçün onu bildirək ki, festivalda türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil olunacaq. Eyni zamanda müxtəlif nəşriyyatların yeni nəşrləri və tətbiqi sənət üzrə əl işlərindən ibarət sərgisi də təqdim ediləcək.


































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO