Bakıda və Abşeron yarımadasında mayın 24-ü axşamdan 26-sı axşamadək fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.
Mayın 25-i günün birinci yarısında şimal küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında mayın 24-ü gündüzdən 27-dək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Mayın 25-dən 26-sı gündüzədək şərq küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s dək güclənəcəyi gözlənilir.
Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Bizim.Media
![Bakı və Abşeronda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ Bakı və Abşeronda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ](https://bizim.media/file/articles/2024/05/23/1716469243_242937_1eej13ew4w.jpg)
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 23.05.2024
Bakı və Abşeronda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ
Hazırda oxunan: Bakı və Abşeronda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ
Hazırda oxunan: Bakı və Abşeronda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ
193692
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
![Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ](https://bizim.media/photo/400x222/2024/07/03/1720033335_2.jpg)
22:58
Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ
![İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”](https://bizim.media/photo/400x222/2024/07/03/1720019304_1.jpg)
19:05
İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”
18:12