Son illər trend olan SOLYARİ - Süni qaralmanın FƏSADLARI

Son illər trend olan SOLYARİ - Süni qaralmanın FƏSADLARI

Hazırda oxunan: Son illər trend olan SOLYARİ - Süni qaralmanın FƏSADLARI

193685

Yay ayı girənə qədər insanların bir çoxu süni yolla qaralmaya üstünlük verir və bu məqsədlə solyariyə üz tutur. Çünki son dövrlər qara dərili olmaq dəb halını alıb. Süni günəş vannalarında qaralmaq xüsusilə xanımların böyük aslılığına çevrilib.

Qeyd edək ki, solyari vannalarından ilk dəfə idmançılar istifadə edib. Çünki solyari insan dərisində D vitamini yaratmaqla yanaşı, orqanizmdə immuniteti də artırır. Odur ki, idmançılar bədənlərinin güclü olması üçün bu üsula tez-tez müraciət edirdilər.

Adi insanlar arasında isə ilk dəfə bundan 1980-ci ildə amerikalılar istifadə etməyə başlayıb. 2004-cü ildə solyariyə marağın artdığını və artıq azyaşlıların da bundan geniş istifadə etdiyini görən ABŞ höküməti 20 yaşına qədər müştərilərin bundan istifadəsinə qadağa qoyub. Qadağanın qoyulmasına səbəb solyarinin ultrabənövşəyi şüalarının sağlamlığa ciddi zərbə vurmasıdır. 

Bəs, süni qaralmanın nə kimi fəsadları olur?

Dermatoloq Vaqif Abdullayev Bizim.Media-ya bildirib ki, solyariyə gedən insanlar mütləq lampaların istismar müddətinə baxmalıdırlar:

“Çünki bəzən istehsalçı tərəfindən ultrabənövşəyi lampaların müəyyən müddətdə işləmə resursu təyin olunur. Təəssüflər olsun ki, çox vaxt işbazlar bu istehsal müddətindən artıq istifadə edirlər. Beləliklə də, ultrrabənövşəyi şüaların spektrları artmağa başlayır və bu da dərinin daha çox ziyan görməsinə səbəb olur”.

Dermatoloqun sözlərinə görə, solyari dərinin çox tez qocalmasına gətirib çıxarır:

“Buna fotoqocalma deyilir. Dərinin tez qocalmasına təkcə solyari deyil, ümumiyyətlə “zaqar” almaq təsir göstərir. Bundan başqa, süni “zaqar” dəri xərçənginin yaranmasına gətirib çıxarır. Solyariyə gedilən halda, mütləq gözlər, sinə üstündə məmə ucları və cinsi orqanın üstü qapadılmalıdır”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO