Pərvindən İSTEHZA:““Qurd ürəyi” yeyib mənə aya 500 manat qonorar təklif edən olmayıb” - VİDEO

Pərvindən İSTEHZA:““Qurd ürəyi” yeyib mənə aya 500 manat qonorar təklif edən olmayıb” - VİDEO

Hazırda oxunan: Pərvindən İSTEHZA:““Qurd ürəyi” yeyib mənə aya 500 manat qonorar təklif edən olmayıb” - VİDEO

193634

“Hazırda Azərbaycanda film sahəsi bərbad vəziyyətdədir. Söhbət həm serial, həm də tammetrajli filmlərdən gedir. Serial bizdə onsuz da inkişaf etməyib, etməyəcəyini də düşünürəm. Mənim 33 yaşım var. Bu sahədə tanınmağa başlayanda 21-22 yaşım vardı. Bu illər ərzində, bu sahədə yenicə addımlarımı atanda az da olsa inkişaf vardı, nəsə etməyə çalışırdılar. Amma heç bir nəticə olmadı. Ayrılmış büdcələr, ssenarilər, xaricdən çağırılmış rejissorlar belə effekt vermədi”.

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva qonaq olduğu “Rənagərəng səhər” verilişində deyib.

Pərvin bildirib ki, ölkəmizdəki film sahəsinin inkişafdan geri qalıb və dəyərini itirib:

“Son 5 ildir ki, bu sahə tamamilə dayanmış bir vəziyyətdədir. Nadir hallarda hansısa bir yeni layihə görərsən. Amma bir müddət var idi ki, kinoteatrlarda yalnız Azərbaycan filmləri nümayiş olunurdu. İndi isə o da yoxdur. Azərbaycanda film və serialların çəkilməsinə maneə törədən pandemiya oldu. Həmin vaxt bu sahə tamamilə dayandı. Pandemiya səbəbi ilə də pul və büdcə də olmadı ki, ekran işləri çəkilsin. Və beləcə bu sahə həm keyfiyyətini, həm də dəyərini itirdi”.

Abıyeva film və serial təkliflərinə “Yox” deməsinin səbəblərini açıqlayıb:

“Pərvin Abıyeva olaraq mənim adım var. Adım heç bir serial və filmlərdə indi yoxdur. Çünki gələn təkliflərdən imtina edirəm. Burada tək faktor verilən qonorar deyil. Ssenari də mənim üçün çox vacib məsələdir. Mən yeni gələn aktrisa deyiləm ki... Çəkilmək və görsənmək naminə hansısa ekran işinə “Hə” deyə bilmərəm. Hələ “qurd ürəyi” yeyib mənə filmə və ya seriala çəkilmək üçün aylığıma 500 manat qonorar təklif edən olmayıb. Günlük 500 manata çəkilmişəm. Yenicə başlayanda olub. Belə ki, bu sənətə gələndə üç seriala çəkilmişəm. Orada ona görə çəkilmişəm ki, təcrübə yığmaq üçün... Çünki mənim bu sahə ilə bağlı təhsilim yox idi, peşəkar aktyordan dərs də almamışdım... Məni kəşf edib sadəcə kameranın önünə atmışdırlar ki, oyna... Mən əvvəlcədən faktura olaraq təlabatlı olmuşam. Aktyorların ən böyük səhvi odur ki, özlərinə layiqli dəyəri və qiyməti qoymurlar. Günü 50 və 100 manata çəkilən aktyorlar var. Ona görə bu da təsir edir. Mən aktrisalığı atmamışam. Mən gözəl iş, ssenari və yaxşı pul, qonorar istəyirəm. Yaxşı qazanc istəyirəm”.

Pərvin bildirib ki, “Təhminə və Zaur” serialında “Təhminə” obrazını canlandırmaq üçün təklif alsa da, bu rolu özünə uyğun görməyib:

“Təhminə və Zaur” serialı çəkilirdi. Orada mən “Təhminə” obrazını canlandırmalı idim. Amma əvəzimə Nətavan oynadı. Çünki bu roldan mən imtina etdim. Orada aktyor faktoru çox önəmli idi. Həm də “Təhminə və Zaur” filmini seriallaşdırılmasını və bayağılaşmağını da istəmədim. Nə etsələr də belə bu serialın alınmayacağını bilirdim. Ona görə də özümü orada bir aktrisa kimi sərf etmək istəmədim. O rola sarışın xanım uyğun deyildi. Nə özümü, nə də ki Zauru canlandıran həmkarım Cövdət Şükürovu o layihəyə uyğun görmədim”.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO