Bakıda minik avtomobili dəmir yolu xəttinin üzərinə aşdı - VİDEO

Bakıda minik avtomobili dəmir yolu xəttinin üzərinə aşdı - VİDEO

Hazırda oxunan: Bakıda minik avtomobili dəmir yolu xəttinin üzərinə aşdı - VİDEO

193453

Bu gün səhər radələrində Bakının Sabunçu rayonunda yerləşən Pirşağı dəmiryol stansiyasının yaxınlığındakı yolda yüksək sürətlə hərəkət edən “KİA” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dəmiryol mühafizə hasarına çırpılıb və nəqliyyat vasitəsi dəmir yolu xəttinin üzərinə aşıb.

Bizim.Media bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Avtomobil qısa müddət ərzində relslərin üzərindən götürülüb, qatarların hərəkət qrafikində hər hansı gecikmə halı baş verməyib.

Hazırda dəmiryol infrastrukturuna dəymiş ziyan hesablanır.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO