Müdafiə Nazirliyinin tabeliyindəki N saylı hərbi-hissənin sabiq tabor komandiri Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Elnur Əliyev rüşvət almaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq orqanı tərəfindən Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 179.1-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham verilmişdi.
Məhkəmə Cinayət Nəcəllənin 179.1-ci maddəsini ittihamdan xaric edib.
O, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirli bilinib.
Elnur Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.
Bizim.Media