DİQQƏT! Pullarınız oğrulana bilər — «Azərpoçt» adıyla FIRILDAQ - VİDEO

DİQQƏT! Pullarınız oğrulana bilər — «Azərpoçt» adıyla FIRILDAQ - VİDEO

Hazırda oxunan: DİQQƏT! Pullarınız oğrulana bilər — «Azərpoçt» adıyla FIRILDAQ - VİDEO

19343

"Azərpoçt"un saxta saytı yaradılıb.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaş bir müddət öncə geyim satışı üçün şəkillərini nömrəsi ilə bərabər onlayn alqı-satqı səhifəsinə yerləşdirib.

Dünən axşam saatlarında kiberdələduz alıcı qismində Qırğızıstana məxsus saxta nömrə ilə votsapdan vətəndaşa yazıb. O, məhsulu almaq istədiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

DİQQƏT! - Bank əməkdaşları adından vətəndaşlara zəng edilir, məlumatlar oğurlanır


Ödənişin həyata keçirilməsi üçün "Azərpoçt" MMC-nin adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyib.

Vətəndaş bildirib ki, son zamanlar dostları da tez-tez bu halla qarşılaşır. "Azərpoçt" MMC-nin aparıcı mütəxəssisi Mehman Balabəyov vətəndaşlar tərəfindən bu problemlə bağlı müraciətlərin artdığını bildirib.

Mütəxəssis onu da qeyd edib ki, bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməlidirlər. Həmçinin Elektron Təhlükəsizlik Xidmətinə də müraciət edə bilərlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO