5G başımızdan sovuşmamış 6G gəlir – SİQNALLAR PEYKDƏN ÖTÜRÜLƏCƏK

5G başımızdan sovuşmamış 6G gəlir – SİQNALLAR PEYKDƏN ÖTÜRÜLƏCƏK

Hazırda oxunan: 5G başımızdan sovuşmamış 6G gəlir – SİQNALLAR PEYKDƏN ÖTÜRÜLƏCƏK

19339

Yeni layihə Çinin “Huawei” şirkətinə aiddir. 

Şirkət cari ilin iyul ayında 2 peyk buraxmaq fikrindədir. Layihənin məqsədi altıncı nəsil mobil rabitə şəbəkələrinin (“6G”) şəbəkə texnologiyalarını yoxlamaqdan ibarətdir. Bunuçün şirkət Çinin digər iki şirkəti ilə də əməkdaşlıq edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

“Huawei” smartfonlarında “Google” bildirişləri ləğv ediləcək


Peyklərin buraxılışı ilə şirkət qlobal tədqiqatlarda və “6G” texnologiyasının hazırlanmasında aparıcı rol oynayacaq. Altıncı nəsil mobil rabitə şəbəkələrinin “5G” şəbəkələrindən 50 dəfə sürətli olacağı gözlənilir.

Yeni texnologiyanın mövcud texnologiyadan fərqi ondan ibarətdir ki, siqnalının ötürülməsi sırf peyklər üzərindəən həyata keçiriləcək. Heç bir Yerüstü stansiyaya ehtiyac qalmayacaq.

“Huawei” şirkətİ tərəfindən altıncı nəsil mobil rabitə şəbəkəsi 2030-cu ildə istifadəyə veriləcəyi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO