Azərbaycanın 2 güləşçisi Avropa çempionu oldu - YENİLƏNİB/FOTO

Azərbaycanın 2 güləşçisi Avropa çempionu oldu - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Azərbaycanın 2 güləşçisi Avropa çempionu oldu - YENİLƏNİB/FOTO

193342

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, o, finalda türkiyəli Yüksel Sarıçiçekə tam üstünlüklə (10:1) qalib gələrək Avropa çempionu olub.

Daha bir yunan-Roma güləşçisi Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb. O,  belaruslu İlya Mialeşçikə 4:1 hesabıyla qalib gəlib.

Rəşad Məmmədov isə ukraynalı İvan Stefanskiyə 7:0 hesabıyla qalib gələrək U-23 Avropa çempionatında bürünc medal qazanıb.

Bu gün həmçinin, Nihad Quluzadə (60 kq), Fərahim Mustafayev (67 kq), Murad Əhmədiyev (97 kq) təsnifat, Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) 1/8 final görüşünə çıxıb. Onlardan Nihad Quluzadə və Qurban Qurbanov finala qədər irəliləyib. Final qarşılaşmaları sabah keçiriləcək. 

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.


*** 19:26

Bakıda güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) qızıl medal qazanıb.

O, finalda Vitali Yeriomenkona (Moldova) qalib gəlib.

Rəşad Məmmədov isə ukraynalı İvan Stefanskiyə 7:0 hesabıyla qalib gələrək U-23 Avropa çempionatında bürünc medal qazanıb.

Laçın Vəliyev (87 kq) təsəlliverici görüşdə rumıniyalı Patrik Qordona uduzub.

Bu gün həmçinin,  Xasay Həsənli (77 kq) finalda yarışacaq.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO