Moskvada bayker Kirill Kovalyevin ölümündə təqsirləndirilən şəxslər apellyasiya məhkəməsinin qərarını dinləyərkən gülüblər və əl yelləyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.
Belə ki, məhkəmə prosesində qərar oxunan zaman onların hər üçü əyləncəli şəkildə söhbət edərək gülüblər. Görüntülərdə qardaşı ilə bağlı qərar açıqlanarkən İsaxanın siqaret çəkdiyi əks olunub.
Bildirilib ki, məhkəmə onlayn şəkildə keçirilib. Müdafiə tərəfi təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Məhkəmə apellyasiya şikayətini rədd edib. Qərara əsasən Şahin Abbasov, qardaşı İsaxan və dayısı Bəxtiyar istintaq təcridxanasında qalıb.
Xatırladaq ki, Kirill Kovalyev aprel ayında Şahin Abbasova qanunsuz park etdiyinə görə irad bildirdikdən sonra öldürülüb.
Qətldən sonra Abbasov qaçaraq Rostov vilayətində gizlənib və onu buraxmaq üçün Moskvada yol polisi müfəttişinə rüşvət verib. Polis də həbs edilib. Ümumilikdə qətl işi üzrə 7 təqsirləndirilən şəxs saxlanılıb. Abbasovlar ailəsinin mənzilində 72 milyon rubl aşkarlanıb.
Bizim.Media