Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisi və bir sıra digər dövlət rəsmilərinin helikopter qəzasında həyatını itirməsindən sonra İranda beş günlük matəm elan olunub.
Bizim.Media-nın Türkiyə bürosu xəbər verir ki, İranın İstanbuldakı Baş Konsulluğunda İran bayrağı yarıya endirilib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb.
Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.
Dəryanur Cəfərova, Bizim.Media, Türkiyə bürosu