Daha bir şəhidimizlə 30 ildən sonra vida mərasimi keçirildi – FOTO  

Daha bir şəhidimizlə 30 ildən sonra vida mərasimi keçirildi – FOTO  

Hazırda oxunan: Daha bir şəhidimizlə 30 ildən sonra vida mərasimi keçirildi – FOTO  

193261

Birinci Qarabağ müharibəsində itkin düşən və 30 il sonra nəşinin qalıqları tapılan Əliyar Ələkbərovla vida mərasimi keçirilib. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, mərhumun nəşinin qalıqları ailə üzvlərinin paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən evinə gətirilib. 

Vida mərasimində şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib. Onun nəşinin qalıqları Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunacaq. 
Qeyd edək ki, Əliyar Ələkbərov 1965-ci il fevral ayının 10-da Neftçala şəhərində anadan olub.

O, Neftçala rayonunda orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Neft və Sənaye Universitetinə qəbul olub. Ə.Ələkbərov 1993-cü ilin oktyabr ayının 29-da könüllü olaraq Qarabağda gedən döyüşlərə yollanıb. Döyüşlər zamanı Kəlbəcər rayonun Murovdağ istiqamətində mühasirəyə düşdüyü məlum olub. Həmin hadisədən sonra ailəsi ondan xəbər ala bilməyib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO