Birinci və İkinci Liqalarda play-off oyunlarının vaxtı AÇIQLANDI

Birinci və İkinci Liqalarda play-off oyunlarının vaxtı AÇIQLANDI

Hazırda oxunan: Birinci və İkinci Liqalarda play-off oyunlarının vaxtı AÇIQLANDI

193129

Futbol üzrə Azərbaycan I, II və Region Liqasında pley-off oyunlarının vaxtı bəlli olub.

Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk oyunlar mayın 28-29-na təsadüf edəcək.

Cavab qarşılaşmaları isə iyunun 4-5-də oynanılacaq. Qeyd edək ki, 2024/2025 mövsümündə I Liqaya vəsiqə uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş və II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı pley-off matçlarında üz-üzə gələcəklər.

Bununla əlaqədar mayın 25-i saat 15:00-da AFFA-nın inzibati binasında iddiaçı klubların təmsilçiləri ilə görüş keçiriləcək, pley-off mərhələlərinin püşkü atılacaq, eləcə də oyunların keçirilməsi detalları müzakirə olunacaq.

I və II Liqa

İlk oyun: 28 may

Cavab oyunu: 04 iyun

II Liqa və Region Riqası

İlk oyun: 29 may

Cavab oyunu: 05 iyun

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO