“Sabah” Türkiyədə çempion oldu

“Sabah” Türkiyədə çempion oldu

Hazırda oxunan: “Sabah” Türkiyədə çempion oldu

193098

"Sabah"ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup" beynəlxalq turnirində iştirak edib. 

Bizim.Media xəbər verir ki, təmsilçimiz turnirin qrup mərhələsində Suriyanın "El Nuhbe" (2:2) və Türkiyənin "Kepezaltı" (2:2) komandası ilə heç-heçə edib, yerli "Ortacı Esnaf" komandasına qalib gələrək (4:2) 1/4 finala vəsiqə qazanıb.

U-14 bu mərhələdə Türkiyənin "Antalya" komandasına böyük hesabla qalib gələrək (3:0) yarımfinala adlayıb. Bu mərhələdə "Kepezaltı"nı 2:1 hesabıyla üstələyən Şahin Zeynalovun baş məşqçisi olduğu komanda finala vəsiqə qazanıb. 
Həlledici matçda "Antalyaspor"la qarşılaşan "Sabah" əsas vaxtı qolsuz bərabərliklə başa çatan oyunun penaltilər seriyasında qalib gələrək çempion olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO