İdmançımız dünya ÇEMPİONU OLDU 

İdmançımız dünya ÇEMPİONU OLDU 

Hazırda oxunan: İdmançımız dünya ÇEMPİONU OLDU 

193018

Para-atletimiz Səid Nəcəfzadə Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə dünya çempionu olub. 

Bizim.Media xəbər verir ki, bu, 25 yaşlı Avropa çempionumuzun ilk dünya çempionluğudur. 

Səid Nəcəfzadə ötən il Parisdə təşkil edilən dünya çempionatında bürünc medal qazanmışdı. İdmançımız həmçinin Tokio Paralimpiadasının bürünc medalçısıdır. 

Xatırladaq ki, iki gün əvvəl para-atletimiz Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazandırmışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO