Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlandı

Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlandı

Hazırda oxunan: Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlandı

192972

Bakının Sabunçu rayonunda iki qonşunun davası bir qadının ağır xəsarətinə səbəb olub.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

Sözügedən qəsəbədə küçədə iki qonşu qadın əlbəyaxa olublar.

Həmin vaxt onların qonşusu 1978-ci il təvəllüdlü Əliyeva Rübabə Teyyub qızı onları sakitləşdirmək istəyib.

Tərəflər arasında davanın qarşısını almaq istəyən R.Əliyeva boğaz nahiyyəsindən bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO