Azərbaycan voleybol millisi ikinci dəfə məğlub oldu

Azərbaycan voleybol millisi ikinci dəfə məğlub oldu

Hazırda oxunan: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub oldu

192939

Azərbaycanın kişi voleybol millisi Qızıl Avropa Liqasında ikinci oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Bakıda Ukrayna seçməsini qəbul edib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində oynanılan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi mayın 17-dəki ilk görüşündə eyni məkanda Rumıniya yığmasına 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə milli komandamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyunda Estoniyada reallaşacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq yığması olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO