Türkiyədə partlayış: 7 yaralı var - 5-i polisdir

Türkiyədə partlayış: 7 yaralı var - 5-i polisdir

Hazırda oxunan: Türkiyədə partlayış: 7 yaralı var - 5-i polisdir

192827

Türkiyənin Tokat vilayətində mayın 19-u bazar günü gecə yaşayış binasında baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Mənbə yazır ki, qonşuların yüksək səsə dair şikayəti əsasında polis Hürmüzlü məhəlləsində yerləşən bağ evinə gəlib.

Jandarmlar evə girəndə partlayış baş verib. Nəticədə beşi polis əməkdaşı olmaqla 7 nəfər yaralanıb.

Partlayışın səbəbi ilə bağlı hələlik məlumat yoxdur. Əyalət valisi Numan Hatipoğlu fövqəladə vəziyyətlə bağlı istintaqın başladığını açıqlayıb.
İlkin məlumatlara görə, söhbət ailələr arasında ədavət zəminində yaranan münaqişədən gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO