Sel suları nəticəsində Xaçmaz-Quba yolunda avtomobillərin hərəkəti çətinləşib

Sel suları nəticəsində Xaçmaz-Quba yolunda avtomobillərin hərəkəti çətinləşib

Hazırda oxunan: Sel suları nəticəsində Xaçmaz-Quba yolunda avtomobillərin hərəkəti çətinləşib

192780

Xaçmaza yağan qısamüddətli leysan yağışları Xaçmaz-Quba yolunda hərəkət edən avtomobillərin hərəkətində çətinlik yaradıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə,  leysan yağışları Xaçmaz-Quba yolunun Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolu ilə kəsişməsindəki keçiddə problemlərə səbəb olub.

Güclü yağışın gətirdiyi sel suları yolun 15 metrə yaxın ərazisində yığılıb və bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaşanıb.

Problemin aradan qaldırılması üçün əraziyə Yol Təsərrüfatı və Dövlət Yol Polisinin əməkdaşları gəliblər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO