Qara dənizdə Tanzaniya bayrağı altında üzən “Mohammed-Z” gəmisi batıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb.
Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb.
Qeyd edilib ki, “Mohammed -Z”in ekipajı 11 nəfərdən - 9 Suriya və 2 Misir vətəndaşından ibarət olub. Onlardan 8-i xilas edilib. Digər 3 ekipaj üzvünün axtarışları davam edir.
Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.
Bizim.Media
![Qara dənizdə gəmi batıb Qara dənizdə gəmi batıb](https://bizim.media/file/articles/2024/05/18/1716027210_413589376_0_230_1920_1075_600x0_80_0_0_90c7aa8439c5d7d693191965530c3731.jpg)
- A-
- A
- A+
Cəmiyyət
15:20 / 18.05.2024
Qara dənizdə gəmi batıb
Hazırda oxunan: Qara dənizdə gəmi batıb
Hazırda oxunan: Qara dənizdə gəmi batıb
192734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.