Bakıda OLAY: Qadını əri və oğlu döyərək zorla maşına mindirdi

Bakıda OLAY: Qadını əri və oğlu döyərək zorla maşına mindirdi

Hazırda oxunan: Bakıda OLAY: Qadını əri və oğlu döyərək zorla maşına mindirdi

192521

Bakının Nizami rayonu ərazisində bir qadını əri və oğlu zorla avtomobilə mindirərək döyüblər. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, mayın 15-də axşam saatlarında Nizami rayonu ərazisində bir qadının zorla “VAZ-21011” markalı avtomobilə mindirilərək aparılması müəyyən olunub. 
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla qısa müddətdə həmin qadının şəxsiyyəti müəyyən edilib, onun əri və oğlu tərəfindən döyülərək xəsarət yetirilməsi məlum olub. 

Keçirilmiş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO