May ayında Qubanın Xınalıq kəndinə qar yağıb.
Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarından Xınalıq kəndinə əvvəlcə sulu qar, sonra isə qar yağmağa başlayıb.
Hazırda əriyərək yağan qarın hündürlüyü yerdə 1 sm-dən çoxdur. Yağıntı davam edir. Bölgənin digər dağ massiv və yaşayış məntəqələrinə qar yağdığı deyilir.
Şimal bölgəsində də bir neçə gündür, anomal hava şəraiti davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu