Kadırov Estoniyaya raket zərbələri endirməyə ÇAĞIRIŞ ETDİ - “Ağılları başlarına gəlsin”

Kadırov Estoniyaya raket zərbələri endirməyə ÇAĞIRIŞ ETDİ - “Ağılları başlarına gəlsin”

Hazırda oxunan: Kadırov Estoniyaya raket zərbələri endirməyə ÇAĞIRIŞ ETDİ - “Ağılları başlarına gəlsin”

192492

Çeçenistanın rəhbəri Ramzan Kadırov Estoniyada Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanı bərpa etmək üçün istifadəyə icazə verən qanunu şərh edərkən, bu Baltikyanı ölkəyə məqsədli raket zərbələri endirməklə, cavab verməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Telegram kanalında yazıb.

“Hesab edirəm ki, bu cür çağırışlara mərasimsiz - qəti və sərt şəkildə cavab verilməlidir. Rusiyanın xaricdəki aktivləri bütün rusların sərvətidir!

Ona görə də hesab edirəm ki, ölkəmizi açıq-aşkar soymaq üçün belə qərarların verildiyi məqamlar dəqiq raket zərbələri üçün bir nömrəli hədəfə çevrilməlidir!”, - deyə Kadırov qeyd edib.

Onun fikrincə, Rusiya şərti “Kinjal” hipersəs raket sistemləri ilə əsas nöqtələri vurmalıdır ki, “ən qaynar estoniyalıların ağılları başlarına gəlsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO