“Kiyevə ayrılan pullar dərhal ABŞ iqtisadiyyatına qaytarılır” - Zelenski

“Kiyevə ayrılan pullar dərhal ABŞ iqtisadiyyatına qaytarılır” - Zelenski

Hazırda oxunan: “Kiyevə ayrılan pullar dərhal ABŞ iqtisadiyyatına qaytarılır” - Zelenski

192444

“Kiyevə ayrılan pullar Ukraynanın hesabına getmir, dərhal ABŞ iqtisadiyyatına qaytarılır”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ABC News-a müsahibəsində ölkə hesabına köçürülən vəsaitlərin taleyindən danışarkən deyib.

“Bu pullar Ukraynaya verilmir. Bu məbləğ Amerika fabriklərinə xərclənir, Amerikada iş yerləri açılır”, - deyə Zelenski qeyd edib.

Ukrayna lideri jurnalistin Vaşinqtonun Kiyevi dəstəkləmək üçün xərclədiyi vəsaitlərlə bağlı bir çox amerikalıların narahatlığı ilə bağlı sualına belə cavab verib: “Biz təkcə azadlığımız üçün mübarizə aparmırıq. Ukrayna olmasaydı, bu, başqa ölkə olardı, ABŞ o zaman da həmin ölkəyə maddi yardım göstərəcəkdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO