Sabah Bakı və Sumqayıtın bəzi ərazilərində qaz OLMAYACAQ 

Sabah Bakı və Sumqayıtın bəzi ərazilərində qaz OLMAYACAQ 

Hazırda oxunan: Sabah Bakı və Sumqayıtın bəzi ərazilərində qaz OLMAYACAQ 

192308

Saat 10:00-dan Sabunçu rayonu, Maştağa qəsəbəsinin Xanlar küçəsində tənzimləyici şkafın torpaq səthindən dayaqlara qaldırılması, Sumqayıt  şəhərinin 2-ci mikrorayon ərazisində qaz xəttinin yerinin dəyişdirilməsi,  saat 11:00-dan isə “Ramanı Südçülük sovxozu”na gedən ortatəzyiqli qaz kəmərinin və “Xaşa-Xuna (Berz)” ölçü qovşağı üzərində quraşdırılmış kollektordan ayrılan qaz kəmərinin hava kompressor vasitəsilə kipliyə sınaq olunması məqsədi qaz təchizatı dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

Məlumata görə, təmir işləri görülən müddətdə Sabunçu rayonunun (Ramanı Südçülük Sovxozu və Maştağa qəsəbəsi, Daş karxanasının bir hissəsi), Xəzər rayonunun (Xaşa-Xuna qəsəbəsi), Sumqayıt şəhərinin (2-ci mikrorayon ərazii) və Sabunçu rayonunun (Maştağa qəsəbəsinin Xanlar küçəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO