Qaraçuxurda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs SAXLANILDI - FOTO/VİDEO

Qaraçuxurda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs SAXLANILDI - FOTO/VİDEO

Hazırda oxunan: Qaraçuxurda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs SAXLANILDI - FOTO/VİDEO

192269

Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində bir qadına zor tətbiq etməklə əxlaqsız hərəkətlərin törədildiyi barədə polisə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 1992-ci il təvəllüdlü Xəyal Ağayev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkəni avtobusda görəndən sonra onu izləməyə başlayıb. Daha sonra heç kimin olmadığı ərazidə yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

X.Ağayevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO