Ərdoğan:

Ərdoğan: "Onlar bizi anlamazlar, siz yenə də yardım edin"

Hazırda oxunan: Ərdoğan: "Onlar bizi anlamazlar, siz yenə də yardım edin"

1921

“Avstriyalılara kömək etməyə davam edin. Bəlkə də onlar bizi anlamır, amma biz onları başa düşürük. Çünki biz yaradılanı yaradandan ötrü sevirik. Dininə və məzhəbinə baxmırıq. Sadəcə insan olmaq bizim üçün kifayətdir və bu yola da davam edeciyik".

Avstriyada zaman-zaman çox ciddi əziyyətlər çəkdiyinizi bilirəm. Hələ də ciddi problemləriniz var.

Müsəlman olmaqdan başqa günahınız yoxdur. Ancaq bizim üçün müsəlman olmaq ən vacib qürur mənbəyidir.

Terrora qarşı ən böyük mübarizəni biz aparırıq. Əminəm ki, harada olursunuz olun, yaxşılığın, dincliyin və gözəlliyin nümayəndəsi olacaqsınız.

Sizə millətim, ailəm və öz adımdan təşəkkür edirəm


Bizim.Media xəbər verir ki, Türkiyə prezidenti bu sözləri Avstriyanın paytaxtı Vyana şəhərində baş verən terror aktı zamanı yaralananlara yardım edən Türkiyə vətəndaşı Rəcəb Gültəkinlə telefon əlaqəsi zamanı bildirib.

Qeyd edək ki, Vyanada olan iki Türkiyə vətəndaşı yaralanan insanlara və hadisə zamanı vurulan polis əməkdaşına kömək ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO