Paytaxtın bu ərazilərində qaz OLMAYACAQ

Paytaxtın bu ərazilərində qaz OLMAYACAQ

Hazırda oxunan: Paytaxtın bu ərazilərində qaz OLMAYACAQ

192079

Nərimanov rayonunun Ceyhun Hacıbəyli, 22 ünvanında qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Sabunçu rayonunun Maştağa qəsəbəsinə gedən orta təzyiqli qaz kəmərinin hava kompressor vasitəsi ilə kipliyə sınaq olunması və Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsi, 81 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə mayın 15-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Nərimanov rayonunun Ceyhun Hacıbəyli, Ülvi Bünyadzadə, Ruhulla Axundov, Bakıxanov, Natiq Şahbazov küçələrinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin (tam olaraq) və Bilgəh qəsəbəsinin (bir hissəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO