Lənkəran sakini olan ahıl kişi kömək üçün müraciət etdiyi şəxs tərəfindən cinayətə məruz qalıb.
Bizim.Media DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, ahıl şəxs Bakıda yaşayan qohumuna ödəniş terminalı vasitəsilə pul göndərmək istəyib. Amma o, terminalın iş prinsipindən baş çıxarmadığı üçün yaxınlıqdan keçən bir nəfərdən kömək istəyib.
Həmin şəxs isə 350 manatı göndərməli olduğu hesaba yox, öz bank kartına yükləyib. Zərərçəkəni də əmin edib ki, pul onun dediyi ünvana çatıb.
Polisə daxil olan müraciətdən sonra Lənkəran ŞRPŞ-nin əməkdaşları əməli törətməkdə şübhəli bilinən rayon sakini K.Əlizadəni müəyyən edərək saxlayıb.
Araşdırmalar aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 14.05.2024
Ondan kömək istəyən ahıl kişini belə qarət etdi
Hazırda oxunan: Ondan kömək istəyən ahıl kişini belə qarət etdi
Hazırda oxunan: Ondan kömək istəyən ahıl kişini belə qarət etdi
192064
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.