Bakıda Ailə festivalı KEÇİRİLİR - FOTO

Bakıda Ailə festivalı KEÇİRİLİR - FOTO

Hazırda oxunan: Bakıda Ailə festivalı KEÇİRİLİR - FOTO

192058

Bu gün Beynəlxalq Ailə Günü münasibətilə Ailə festivalı keçirilib. 

Bizim.Media xəbər verir ki, festival “Ekoloji düşüncə ailədən başlayır” şüarı altında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə ailələr, rəsmi qonaqlar, ziyalılar, media mənsubları, blogerlər, türk dövlətlərinin ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak edib.

Uşaqlar üçün müxtəlif ustad dərsləri (xalça toxuma, ebru sənəti, dulusçuluq, eləcə də gül çələngi, maqnit, eko-çanta hazırlanması, gil ilə iş və s.), animatorların iştirakı ilə əyləncələr və sonda konsert proqramı təşkil edilib. 




















Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO