Nazir: “ATƏT-in Minsk qrupu arxaik fəaliyyət göstərir” - VİDEO

Nazir: “ATƏT-in Minsk qrupu arxaik fəaliyyət göstərir” - VİDEO

Hazırda oxunan: Nazir: “ATƏT-in Minsk qrupu arxaik fəaliyyət göstərir” - VİDEO

192011

“ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupu, fəaliyyətdə olan sədrin nümayəndəsi, yüksək səviyyədə planlaşdırma kimi təsisatları nəticə verməyib”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla keçirdiyi mətbuat konfransında deyib. 

Nazir qeyd edib ki, bu təsisatların mandatı tükənib, arxaik fəaliyyət göstərirlər. 

“Arxaik fəaliyyət göstərən, keçmiş ifadələrdən istifadə edən bu təsisatları ATƏT-in məhdud büdcəsindən maliyyələşdirməyə ehtiyac yoxdur. ATƏT digər layihələrə dəstək verə bilər. Mina təhlükəsizliyi, keçmiş köçkünlərin evlərinə qaytarılması, ətraf mühitə dəyən ziyanın aradan qaldırılması kimi layihələrə ATƏT dəstək verə bilər”, - C.Bayramov deyib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO