"Milan"ın futbolçusu Olivye Jiru bu mövsümün sonunda İtaliya təmsilçisindən ayrılacağını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, 37 yaşlı hücumçu klubun saytına açıqlamasında deyib:
“Bildirmək istərdim ki, qarşıdakı iki matç mənim "Milan"da sonuncu oyunlarım olacaq. Karyeramı MLS-də davam etdirəcəm. Burada keçirdiyim üç mövsümdə əldə etdiyim hər şeylə fəxr edirəm. "Milan"dakı hekayəm bu il başa çatır, lakin klub həmişə ürəyimdə qalacaq”.
Xatırladaq ki, daha əvvəl Olivyenin "Los-Anceles"lə 2025-ci ilə qədər müqavilə imzalamağa razı olduğu haqda məlumat yayılmışdı. Fransız futbolçu 2021-ci ilin yayından "Milan"da çıxış edir. Onun klubla müqaviləsi bu mövsümün sonuna kimidir.
Bizim.Media
- A-
- A
- A+
İdman
07:29 / 14.05.2024
"Milan"dan ayrılacağını TƏSDİQLƏDİ
Hazırda oxunan: "Milan"dan ayrılacağını TƏSDİQLƏDİ
Hazırda oxunan: "Milan"dan ayrılacağını TƏSDİQLƏDİ
191929
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.