Aİ-nin XİN başçıları Gürcüstanın Avropa ilə bağlı gələcəyinə dair MÜRACİƏT ÜNVANLADI

Aİ-nin XİN başçıları Gürcüstanın Avropa ilə bağlı gələcəyinə dair MÜRACİƏT ÜNVANLADI

Hazırda oxunan: Aİ-nin XİN başçıları Gürcüstanın Avropa ilə bağlı gələcəyinə dair MÜRACİƏT ÜNVANLADI

191887

Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İrlandiya, Latviya, Litva, Hollandiya, Polşa və İsveçin xarici işlər nazirləri Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Cozep Borrellə və Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa Komissarına açıq məktub ünvanlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun gürcü xidməti məlumat yayıb.

Məktubda XİN başçıları xarici agentlər haqqında qanuna etirazlar fonunda Gürcüstandakı mövcud vəziyyətlə bağlı tədbir görməyə çağırıblar.
“Gürcüstan hökuməti görünür ki, ölkənin Avropa və Avro-Atlantik inteqrasiyasını inkişaf etdirmək qabiliyyətini təhlükə altına almaq yolundadır... Sizdən xahiş edirik ki, təklif olunan qanunun Avropa İttifaqına necə təsir edəcəyi barədə dərhal Avropa Komissiyasına şifahi məlumat verəsiniz”, - müraciətdə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO