Birinci Qarabağ müharibəsinin daha iki şəhidi dəfn olundu – FOTO/VİDEO 

Birinci Qarabağ müharibəsinin daha iki şəhidi dəfn olundu – FOTO/VİDEO 

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin daha iki şəhidi dəfn olundu – FOTO/VİDEO 

191865

Ağdamın işğaldan azad olunmuş Sarıcalı kəndində aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıqda nəşi tapılan Əliyev Hikmət Zili oğlu və Əzizov Məhərrəm İsmayıl oğlunun cənazəsi rayonun Quzanlı qəsəbə qəbristanlığında yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıblar. 

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, mərasimdə ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və çox sayda rayon sakinləri iştirak edib. 

Dəfn mərasimində hərbi qarovul yaylım atəşi açıb. 

Hər iki şəhid 1993-cü il iyulun 23-də, Ağdamın işğalı günündə həyatlarını itiriblər. 
 



















Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO