İmişlidə yaşayış evində yanğın oldu - VİDEO

İmişlidə yaşayış evində yanğın oldu - VİDEO

Hazırda oxunan: İmişlidə yaşayış evində yanğın oldu - VİDEO

191845

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli şəhərinin Aran küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 96m² olan birmərtəbəli dördotaqlı evin iki otağının yanar konstruksiyaları 40m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə edilib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO