Qarabağda ilk seysmoloji stansiya istifadəyə VERİLƏCƏK - BU TARİXDƏ 

Qarabağda ilk seysmoloji stansiya istifadəyə VERİLƏCƏK - BU TARİXDƏ 

Hazırda oxunan: Qarabağda ilk seysmoloji stansiya istifadəyə VERİLƏCƏK - BU TARİXDƏ 

191778

“Bir ay sonra Qarabağda ilk seysmoloji stansiyamızı istifadəyə verəcəyik”.

Bizim.Media xəbər verir ki,  bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli “Qafqazda Seysmik Təhlükə  Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri” mövzusunda keçirilən beynəlxalq  konfransda deyib.

İsa Həbibbəyli bildirib ki, Qafqazda seysmoloji təhlükə ilə bağlı təcrübələri öyrənmək planet üçün böyük əhəmiyyət kəsb edir:

“Yaxşı cəhətdir ki, konfrans Qafqaz ölkələrinə aid olmasına baxmayaraq, bu gün digər xarici ölkələrin də təcrübələri öyrəniləcək. Konfransın adı, mövzusu, müzakirə edəcəyi problemlər həm də ekoloji tarazlığı mövzusu ilə də səsləşir. 

Mən bugünki konfransı bu ilin noyabr ayında keçiriləcək COP-29-a məşq kimi də görürəm. COP-29 dünyanın hazırki mərhələsindəki qlobal problemlərin həllinə yönəlmiş bir tədbirdir.

Seysmoloji hadisələr də qlobal problemdir və COP-29-un bir hissəsidir. Xatırladım ki, ermənilər tərəfindən Qarabağda ərazilərimiz dağıdılıb, 20-dən çox seysmoloji stansiya da dağıdılıb.
Qarabağda seysmoloji stansiyaların qurulması istiqamətində iş aparırıq. Artıq Şuşa şəhəri yaxınlığındakı Daşaltı kəndinin ərazisində birinci seysmoloji stansiyada işlərimiz yekunlaşmaq üzrədir. Düşünürəm ki, bir aydan sonra Qarabağın ilk seysmoloji stansiyasını istifadəyə verəcəyik. Bundan sonra, Qarabağın digər ərazilərində də seysmoloji stansiyaların qurulmasına davam edəcəyik”. 

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO