Bakıda 17 yaşlı qızın xəstəxanada müəmmalı ölümü – VİDEO  

Bakıda 17 yaşlı qızın xəstəxanada müəmmalı ölümü – VİDEO  

Hazırda oxunan: Bakıda 17 yaşlı qızın xəstəxanada müəmmalı ölümü – VİDEO  

191766

Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib. 

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 

Qəsəbə sakini Ümüd Quliyev deyir ki, qızı Nuranə Quliyevanı bu il fevralın 5-də Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aparıb. İki gün sonra, fevralın 7-də qızı dünyasını dəyişib. Ata iddia edir ki, həkimlər adı bilinməyən iynələri vurduğu üçün qızı həyatını itirib. 
Ü.Quliyev qızı xəstəxanada olduğu 2 gün boyunca həkimin tapşırdığı iynə-dərmanların hamısını alaraq xəstəxanaya çatdırdığını əlavə edib. 

Atanın sözlərinə görə, qızı dünyasını dəyişəndə heç həkim xəstəxanada olmayıb, təlimatları tibb bacısına telefonla verib. Valideynləri dərhal gənc qızın cansız bədənini Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparıblar. Ekspertizanın nəticəsinə görə, ölüm səbəbi beyinə qansızma olub. 

Valideynin iddiasına əsasən, Sabunçu Rayon Prokurorluğunun araşdırmasında tibb bacısının xəstəyə adını bilmədiyi iynəni vurduğu açıq şəkildə qeyd olunub  

Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanadan isə sualları cavablandıran tapılmayıb. TƏBİB-dən isə bildirilib ki, məsələdən məlumatsızdırlar və hadisə araşdırılacaq. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO