Paytaxtın Səbail rayonunda gecə saatlarında üçmərtəbəli obyektin söküntüsü ərazidə yaşayanların narazılığına səbəb olub.
Sakinlər səs-küydən narahat olduqlarını, yata bilmədiklərini bildiriblər.
“İki il ərzində tikilən binanı yarımçıq qoyub getdilər. İndi də sökməyə başlayıblar. Camaat bayırdadır, heç kim yata bilmir. Səhər durub işə getməliyik. Gecə saat 3-də söküntü olar? Bizim dərdimiz yatmaqdır, körpə uşaqlar yazıq deyillər? Onları necə başa salasan ki, çöldə söküntü gedir”, - deyə sakin narazılığını bildirib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən binanın söküntüsü Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, həmçinin digər aidiyyəti qurumların müraciəti əsasında aparılır.
İşlərin niyə gecə vaxtı aparılmasına gəlincə isə qurumdan bildirilib ki, sürüşmə zonasında bir müddət öncə qanunsuz olaraq inşa edilmiş həmin bina ərazidə sürüşmə riskini artırdığından ən qısa zamanda sökülməli idi. Buna görə də işlər gecə saatlarında aparılıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Bizim.Media