Goranboyda ağır yol nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bizim.Media-nın yerli birosunun məlumatın görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan minik avtomobili ilə yük maşını toqquşub.
Qəza zamanı minik avtomobilində olan Mürşüdov Ülvi Qara oğlu hadisə yerində ölüb. Qəza baş verən əraziyə yol polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu