Tovuzda 26 yaşlı oğlan tərəfindən qaçırılan məktəbli qız ailəsinə TƏHVİL VERİLİB

Tovuzda 26 yaşlı oğlan tərəfindən qaçırılan məktəbli qız ailəsinə TƏHVİL VERİLİB

Hazırda oxunan: Tovuzda 26 yaşlı oğlan tərəfindən qaçırılan məktəbli qız ailəsinə TƏHVİL VERİLİB

191499

Xəbər verdiyimiz kimi Tovuzda 26 yaşlı oğlan özündən 10 yaş kiçik məktəblini qaçırmışdı.

Hadisə ötən gün rayonun Vahidli kəndində baş vermişdi.

Yeniyetmənin ailəsinin polisə şikayətindən və məsələnin mediada ictimailəşməsindən sonra 16 yaşlı qız ailəsinə təhvil verilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı jurnalst Aygün Muradxanlı özünün sosial hesabında yayıb. O, problemin həll olunduğunu və məsələnin ictimailəşməsində dəstək olan hər kəsə təşəkkürünü bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Tovuzda SENSASİON OLAY – Qaçırılan 16 yaşlı qız evinə qayıtmaq İSTƏMİR – DETALLAR  


Xatırladaq ki, Tovuzun Vahidli kənd sakini 1998-ci il təvəllüdlü Mustafayev Mətin Sabir oğlu kənd məktəbində 10-cu sinifdə oxuyan 31.03.2008-ci ildə doğulan Ə.G-nı qaçırıb. Məlumata görə ailə qızı oxutmaq istəyirmiş. Olay da o, kursdan qayıdanda baş verib. İki gün idi ki, ailə 16 yaşlı qızı Mətinin ailəsindən ala bilmirdi.

Qız bir neçə dəfə rayon polis rəisinin iştirakı ilə valideynləri ilə bir araya gətirilib. Nəhayət onun ailəsinə təhvil verilməsi baş tutub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO